ASCO kollektivinə ağır itki üz verib

362

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  Dəniz Nəqliyyatı Donanmasının “Şair Sabir” gəmisinin motorçusu vəfat edib.

 Elman Piriyev  1 iyun  1966-cı ildə Lənkəranda anadan olub. 1990-cı ildə Bakı Dənizçilik Məktəbini  motorçu-elektrik ixtisası” üzrə bitirib.

 Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb. Daha sonra fəaliyyətini Dəniz Nəqliyyatı  Donanmasında (DND) davam etdirib. O, DND-nin müxtəlif gəmilərində elektrik, böyük motorçu-elektrik-qaz qaynaqçısı, motorçu kimi çalışıb.

 Elman Piriyev  həmkarları arasında işgüzarlığı və bacarığı ilə yadda qala bilib. Onun əziz xatirəsi dənizçi yoldaşlarının qəlbində daim yaşayacaq.

 ASCO rəhbərliyi və kollektivi adından Elman Piriyevin  vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!