Şəhid ailələrinə və qazilərə qayğı, onların maddi və sosial rifahının yüksəldilməsi Dövlətimizin ən əsas prioritet sahələrindəndir. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) da öz növbəsində bu fəaliyyətlərə dəstək olmaq məqsədi ilə hər il Novruz Bayramı ərəfəsində “Novruz Bayramını birlikdə qeyd edək” adlı sosial layihə həyata keçirir. Bu ənənəni davam etdirmək məqsədi ilə 17-19 mart tarixlərdə Bakı Limanının rəhbərliyi və əməkdaşları limanımızın yerləşdiyi Ələt qəsəbəsində yaşayan bütün şəhid ailələrini və qaziləri, o cümlədən sosial qayğıya ehtiyacı olan ailələri ziyarət edərək, onların bayramını təbrik edib və Novruz sovqatını çatdırıblar. “Novruz Bayramını birlikdə qeyd edək” sosial layihəsinin həyata keçirlməsinə göstərdikləri təşkilati dəstəyə görə Ələt Bələdiyyəsinə öz təşəkkürümüzü bildiririk.
Birlik və bərabərlik rəmzi olan Novruz bayramı münasibəti ilə hər birinizi təbrik edirik, Sizlərə can sağlığı və firavanlıq diləyirik!
portofbaku.com