Dənizçinin sağlamlığının əsas göstəriciləri

377

Gəmidə səhhətə mənfi təsir edə biləcək risk faktorlarının nə olduğunu və onun qarşısının alınması istiqamətində verəcəyimiz tövsiyələr üzən heyətin hər bir üzvünə kömək edə bilər. Bir dənizçinin sağlamlığına təsir edən bütün amilləri aşağıdakı qruplara bölmək mümkündür:

  • Psixoloji amil;
  • Fiziki və bio-kimyəvi  göstəricilər;
  • İlkin tibbi yardımın səviyyəsi.

Hər bir insanın ən xarakterik xüsusiyyətlərindən biri də onların psixoloji fərdiliyidir. Açıq sularda gəmi şəraitində dənizçinin xarakter, temperament, psixi proseslərə reaksiyası­nın xüsusiyyətləri, üstünlük təşkil edən hisslər və bacarıqları formalaşdıran fəaliyyət motivləri önəm kəsb edir. Yuxarıda qeyd edilən psixoloji xüsusiyyətlər hər bir insanda eyni olmur, ona görə ki,  insan şəxsiyyəti öz fərdiliyi ilə təkrarolunmazdır. Bəzən işdə çox ciddi və sərt olan adam məişət şəraitində zarafatcıl, yumor hissi ilə dolu olur. Yəni eyni bir kəs müxtəlif şərait və hallarda özünü fərqli aparır. Ancaq həmişə də belə olmur. Ona görə ki, insan adətən müxtəlif hadisələrdə eyni keyfiyyətlərini nümayiş etdirir və o ailədə də, işdə də, ümumi işdə də, eyni ola bilir. Əgər bu reallıqlara dənizçi üzərindən baxsaq, onda görərik ki, uzunmüddətli yeknəsək üzmələr təsirsiz ötüşmür qarşılıqlı əlaqələr onların psixoloji durumundan asılı olaraq formalaşır.

Dənizçilər öz ailələrindən uzun müddətə ayrılırlar; onlar uzun ayları gəmidəki məhdud məkanda, daim eyni insanlarla ünsiyyət saxlamaqla keçirirlər. Belə şərait kompleks şəklində dənizçinin psixoloji durumuna təsir göstərir, həm də fərdi reaksiyalara istiqamət verir.

Müxtəlif insanlarda tamamilə əks, fərqli reaksiyalar olur. Bu vaxt ərzində onlardan bəziləri özlərinə qapanır, ətrafdan qaçır və daxili sarsıntılar keçirir, ruhdan düşürlər. Başqaları isə əksinə, sakit və emosional olurlar. Onlarda mübarizlik bacarığı inkişaf edir, maraq genişlənir. Aydındır ki, dənizçinin bu hallarda davranışı onun xarak­terindən asılıdır. Şübhəsiz, genetik kodun da bu amilə təsiri var. Çünki, hətta təhsil və inkişafın yüksək səviyyəsində belə xarici və daxili faktorların təsirinə insan müxtəlif cür reaksiya verir. 

Ona görə də gəminin kapitanı dənizçilərin növbədənkənar vaxtının doldurulması üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər təşkil etməlidir.

Yaxşı kitabxana, özfəaliyyət dərnəkləri, xarici dil dərsləri, oyunlar, yarışlar, müsabiqələr, diskussiyalar, kinofilmlərə tamaşa edilməsi və bu cür tədbirlər komanda üzvləri arasında əlverişli psixoloji iqlimin ərsəyə gəlməsinə kömək edir.

Fiziki və bio-kimyəvi  göstəricilər : Qan təzyiqi. İdeal təzyiq 110/70 mm Hg təşkil edir, yaşa görə təzyiq 120-130 mm Hg-ə qədər artacaq və belə hal normadır.

İstirahətdə ürək döyüntüsü  (ürək dərəcəsi). Standart dəqiqədə 72 -dir.

Nəfəs hərəkətləri. Bir dəqiqədə 16-dan çox nəfəs olmalı.

Bədən istiliyi. Sağlam insanın bədən istiliyi 36.6 C.

Hemoglobin. Qadınlar üçün hemoglobinin norması 120 mq / l, kişilərdə isə 130 mq / l təşkil edir. Bu göstəricinin azalması digər parametrlərin məlumatlarında mənfi dəyişikliklərə gətirib çıxarır.

Bilirubin. Normalda bu rəqəm 21 μmol / l təşkil edir. Bədənin köhnəlmiş qırmızı qan hüceyrələrinin emalı ilə necə əldən çıxdığını göstərir.

İdrar. Hər gün, normal şəraitdə (çox isti qızmar yay aylarında içilən suya müqabil xaric edilən idrar nəzərdə tutulmur)ortalama bir litr sidik, insan bədənindən xaric olmalıdır.

Hündürlük vəÇəki indeksi. Bu indeks  bədən çəkisini böyümədən çıxararaq hesablanır.

Qan şəkəri. Normal dəyər 6 mol təşkil edir.

Qanın PH. Normlar 7.32-7.42 aralığında sayılır.

Leykositlər. Sağlam bir insanda lökosit sayıları doqquzuncu dərəcədə 4,5 min olacaq.

Xolesterol. Normal xolesterol səviyyəsi 200 mg / dl-dən çox olmamalıdır. 239 mq / dl olan indeks maksimumdur.

Bir çox xəstəliklərin qarşısını almaq baş vermiş patologiyanı müalicə etməkdən asandır. Xəstəliklərin önlənməsi praktik səviyyədə çox mühüm rol oynayır, gəmidə və açıq sularda  isə o heç yerdə olmadığı qədər vacibdir.

Gəmidəki şərait dənizçinin sağlamlığı üçün daha az əlverişli ola bilər. Belə ki, gəmidə istirahət, idmanla məşğul olmaq və sağlam həyat tərzinin aparılması imkanları təbii olaraq məhduddur; yaşam kayutları elə də geniş deyil, xüsusən maşın şöbəsində və açıq şəraitdə işləyənlər daha çox sağlamlıqlarlarına diqqət yetirməlidirlər. Ona görə də gəmi kapitanları komanda üzvlərinin sağlamlığına böyük diqqət yetirməlidirlər, müvafiq profilaktik tədbirlərin və İlkin tibbi yardımın vaxtında həyata keçirilməsini təmin etməlidirlər.

İlkin tibbi yardımın səviyyəsi –  ixtisaslı tibbi yardım göstərilənə qədər xəstənin (burada dənizçi nəzərdə tutulur) və ya zərərçəkənin (burada dənizçi nəzərdə tutulur)  təxirəsalınmaz müalicə edilməsidir. İlkin yardımı xəstənin həyatının xilas edilməsi, əlavə zədələnmənin qarşısının alınması, şokun aradan qaldırılması və ağrının azaldılması üçün həyata keçirirlər. Məsələn, güclü qanaxma və ya asfiksiya hallarında xəstənin həyatının xilas edilməsi üçün yardımın yubanmadan göstərilməsi zəruridir. Belə vəziyyətlərdə hətta bir neçə saniyə ləngimək zərərçəkənin həyatını itirməsi ilə nəticələnə bilər. Lakin əksər zədələnmələr və ya digər təxirəsalınmaz vəziyyətlərdə xəstənin həyatı üçün təhlükə olmadan yardım göstərilməsinə başlanılmasına bir neçə dəqiqədən sonra baş vurmaq mümkündür. Bu, bir neçə dəqiqə ilkin yardım etmək vərdişlərinə malik komanda üzvünün tapılması ya da zəruri tibbi material və avadanlığın seçilməsi üçün lazımdır.

İlkin yardımın göstərilməsi vərdişlərinə  gəmi heyətinin bütün komanda üzvləri yiyələnməlidirlər. Onlar bu sahədə yetərli biliklərə malik olmalı, eləcə də zədələnənin və ya xəstənin həyatı üçün təhlükə yaratmadan ixtisaslı yardım heyəti gələnə qədər təxirə salınmadan ilk yardım tədbirlərini tətbiq eləməyi bacarmalıdırlar. Kifayət qədər hazırlıq almamış və bu sahədə məlumatsız şəxslər öz bilik və vərdişlərinin həddini aydın dərk etməlidirlər. Xilasedicilər aid olmadıqları prosedurları həyata keçirməyə cəhd göstərməməlidirlər, yoxsa onlar yardım yerinə zərər vermək riski edirlər.

İlkin tibbi  yardım hərəkətlərin növbəliliyi

Zərərçəkəni aşkar etdikdə:

  • öz təhlükəsizliyinizin qayğısına qalın ki, növbəti qurbana çevrilməyəsiniz;
  • zərurət olduqda zərərçəkəni təhlükəli yerdən çıxarın və ya təhlükəni aradan qaldırın (bu zaman aşağıda verilmiş qapalı şəraitdə zərərçəkənlə davranma qaydalarına əməl eləmək zəruridir). Huşsuzluq vəziyyətinin və ya güclü qanaxmanın yalnız bir zərərçəkəndə müşahidə edilməsi hallarında (zərərçəkənlərin ümumi sayından asılı olmayaraq), təxirəsalınmaz yardımı təkcə ona göstərin və sonra kömək çağırmağa adam göndərin.

Huşsuzluq vəziyyətinin və ya güclü qanaxmanın bir neçə zərərdidədə müşahidə olunduğu hallarda:

  • kömək çağırmaq üçün adam göndərin;
  • bundan sonra ən ağır vəziyyətdə olan zərərdidəyə kömək etməyə başlayın və aşağıdakı növbəliliyə əməl edin: güclü qanaxma; tənəffüsün kəsilməsi/ürəyin dayanması; huşun olmaması.

Zərərçəkən qapalı məkandadırsa, xüsusi hazırlanmış xilasedicilər briqadasının üzvü deyilsinizsə və təlimata uyğun hərəkət edirsinizsə, həmin qapalı yerə daxil olmağa cəhd etməyin. Kömək çağırmaq üçün adam göndərin və kapitanı vəziyyətdən hali edin.

İstisna deyildir ki, qapalı məkanın havası təhlükəlidir. Xilasedici briqadanın üzvləri belə məkana yalnız nəfəsalma cihazları ilə daxil ola bilərlər, eynilə bu cür cihaz mümkün qədər tez zərərçəkənə də geyindirilməlidir (Əgər zədənin xarakteri və ehtimali təxliyə vaxtı ilk yardımın yerində göstərilməsini tələb eləmirsə). Zərərçəkəni qapalı məkandan tez bir zamanda çıxarmaq və ən yaxın təhlükəsiz yerə çatdırmaq vacibdir.

Gəmidə ilk tibbi yardımın göstərilməsinin ümumi prinsipləri  

İlk tibbi yardımın yubanmadan göstərilməsi bunun üçün zəruridir ki:

  • tənəffüs və ürəyin işi bərpa edilsin;
  • qanaxma dayandırılsın;
  • orqanizmdən zəhərli maddələrin çıxarılması;
  • zərərli amillərin zədələnənə təsirinin bundan sonrakı zərəri dayandırılsın (misal üçün, onun karbon oksidi və tüstünün yüksək yığımda olduğu otaqdan təxliyəsi).

Hadisə yerində zərərçəkəni ona görə yubanmadan müayinə etmək lazımdır ki, zədənin xarakteri və onun ağırlığı təyin edilsin. Çünki bu zaman hər bir saniyə qiymətlidir, paltarı yalnız zərərçəkənin bədəninin daha çox ziyan görmüş hissələrindən kənar etmək lazımdır.

Ətrafın zədələnməsi zamanı əvvəlcə sağlam ətrafı, sonra isə zədələnmişi paltardan azad edin. Zərurət olduqda geyimi kəsmək olar.

Nəbzi müəyyən etmək gərəkdir. Əgər nəbzi biləkdən təyin eləmək mümkün olmursa, onda nəbzi boynun yan tərəfində yerləşən yuxu arteriyası vasitəsilə təyin etmək lazımdır(Bax: “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” Bakı, Zərdabi Nəşr-2020, Şək. 2).Nəbzin yoxluğu təqdirində ürəyin dolayı masajına və süni nəfəsverməyə başlanmalıdır(“Həyati əhəmiyyətli funksiyaların bərpası” bölümünə bax).

Şokəleyhi müalicəni nəbzin zəif və tez-tez, dərinin solğun, soyuq və olsun ki, nəm, tənəffüsün isə becid, səthi və qeyri-rəvan olduqda aparmaq lazımdır. Yadda saxlayın ki, şok həyat üçün ciddi tıhlükə ola bilər və onun aradan qaldırılması ilkin yardımın başlıca vəzifələrindən biridir (Bax: “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” Bakı, Zərdabi Nəşr-2020 “Şok” bölməsi).

Zərərçəkənə elə duruş-vəziyyət vermək lazımdır ki, ald;]; zədələrdən az əziyyət çəkmiş olsun. Adətən bu, başı aşağı halda uzanıqlı vəziyyətdir, belədə baş beyinin güclənmiş qan dövranı təmin olunur.

Pasiyentin tənəffüsünün tipini müəyyən etmək və mümkün qanaxmanı aşkarlamaq zəruridir. Əgər o, nəfəs almırsa, yubanmadan “ağız ağıza” və ya “ağız buruna” üsulu üzrə süni nəfəsverməyə başlamaq lazımdır(Bax: “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” Bakı, Zərdabi Nəşr-2020, Şəkil 5-6-7).

Güclü qanaxmanı dayandırmaq gərəkdir.

Bu zaman zərərçəkəni, əgər onun huşu özündədirsə, sakitləşdirmək və demək lazımdır ki, onun xilası üçün zəruri olan hər şey edilir. Xilasedici zərərçəkəndən onun hansı nahiyədə ağrı hiss etdiyini öyrənməlidir.

Zərərçəkən uzanılı vəziyyətdə olmalıdır və onun yeri yalnız zərurət yarandıqda dəyişdirilməlidir. Konkret zədəni və ya xəstəliyi göstərə biləcək istənilən simptomları nəzərə alaraq pasiyentin ümumi halətini qiymətləndirmək lazımdır.

Boyun və ya onurğa zədələnməsi şübhəsi zamanı zərərçəkəni nəql etmək olmaz. Sınıqları zərərçəkənin nəqlinə qədər immobilizə etmək gərəkdir (Bax: “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” Bakı, Zərdabi Nəşr-2020, Şəkil 20-28). Sınığı hadisə yerində düzəltməyə çalışmaq lazım deyil.

Yaraların və yanıqların əksəriyyəti bunlara infeksiya düşməsini önləmək üçün bağlanmalıdır. Konkret zədələrin müalicəsi bu bölümün davamında və növbəti fəsildə daha təfərrüatlı nəzərdən keçiriləcək.

Zədələnənin xilasına yönəlmiş tədbirlərin gerçəkləşdirilməsinə başlandıqdan və ya bunlara zərurət olmaması barədə qərarın qəbulundan sonra nəzərdən qaçmış zədələrin aşkarlanmasından ötrü daha diqqətli müayinə aparılmalıdır.

Zərərdidəni odeyala bükmək lazımdır ki, donmasın.

Zərurət olduqda onu izafi istilikdən qorumaq lazımdır, yadda saxlanılmalıdır ki, tropiklərdə zədələnən şəxsin uzanıb qaldığı açıq polad göyərtə adətən çox qaynar olur.

Zərərçəkənə hansısa formada olsa belə alkoqol verilməməlidir.

Aşağıdakı vəziyyətlərə həmişə çox ciddi yanaşmaq zəruridir:

  • huşun olmamasına ;
  • ehtimal edilən daxili qanaxmaya (Bax: “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” Bakı, Zərdabi Nəşr-2020 , “Daxili qanaxma” bölməsi);
  • deşilmiş yaralara ;
  • oynaqlar hissəsindəki yaralara (Bax: “Sınıqlar” bölməsi);
  • mümkün sınıqlara (Bax: “Açıq sularda ilkin tibbi yardımın göstərilməsi” Bakı, Zərdabi Nəşr-2020 , “Sınıqlar” bölməsi) ;
  • göz zədələrinə.

Qeyd. Heç vaxt zədələnəni ölmüş hesab etməyin, əgər siz və başqaları bunlardan əmin deyillərsə:

  • onun nəbzi hiss olunmur və qulağın döş qəfəsinə dayadılması zamanı ürək döyüntüləri eşidilmir;
  • tənəffüsü yoxdur;
  • bəbəkləri genişlənib və işığa reaksiya vermir;
  • bədənin tədrici soyuması baş verir (əgər havanın hərarəti normal bədən temperaturuna yaxındırsa, bu əlamət yararsız ola bilər).   
    • Adıgözəl Məmmədov – ASCO-nun əməkdaşı,  dənizçilərin sağlamlığının qorunması ilə bağlı layihələrin rəhbəri

seanews.az