Yeni Zelandiya sahillərində balıqçı gəmisinin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub, bir nəfərin axtarışları davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, gəminin heyət üzvü olan dördüncü balıqçının cəsədi axtarış-xilasetmə əməliyyatları zamanı Şimal burnunda aşkar edilərək göyərtəyə qaldırılıb. Batmış gəminin beşinci heyət üzvünün axtarışları hazırda davam etdirilir.
Qeyd edək ki, “Enchanter” balıqçı gəmisi bazar günü yerli vaxtla axşam saat 20:00 radələrində Şimal burnu yaxınlığında qəza siqnalı yayıb. Gəminin daha beş heyət üzvünün xilas edildiyi və onların Kaytay xəstəxanasına yerləşdirildiyi bildirilib.