İstanbulun su hövzələri daşmaq təhlükəsi ilə üzləşib

472

Artıq bir neçə ildir qurumaq təhlükəsi ilə üzləşən İstanbulun su hövzələrində suyun səviyyəsi son günlər şəhərdə yağan güclü qar və leysan yağışlarının təsirindən əhəmiyyətli dərəcədə artıb.

AZƏRTAC xəbər verir ki, ümumilikdə doluluq səviyyəsi 86 faizədək yüksələn bu hövzələrdən bəzilərində baş verə biləcək daşqınla bağlı əhaliyə xəbərdarlıq edilib. Hövzələrin daşması halında risk altında olan dərələrin və yaşayış yerlərinin siyahısı açıqlanıb.

Mütəxəssislər bu həftə bölgədə gözlənilən yağıntılı hava səbəbindən bəndlərin əksəriyyətində doluluq səviyyəsinin 100 faizə çataraq daşacağını ehtimal edirlər.

Qeyd edək ki, bu hövzələrdən bəzilərində doluluğun artıq daşma səviyyəsində olduğu bildirilir.