Ukraynanın “Vectis Isle” adlı 99 metrlik kargo gəmisi Bolgarıstandan Yunanıstana gedərkən Türkeli Feneri sahillərində balıqçı gəmisi ilə toqquşub.
“Seanews.az” xəbər verir ki, dərhal Sahil Təhlükəsizlik Müdirliyinin “Kurtarma-11” və “Mehmetçik” yedək gəmiləri və “KEGM 6” qayığı kömək üçün əraziyə göndərilib.
“Vectis Isle” təhlükəsiz şəkildə Türkeli Dəmir Bölgəsinə gətirilib.
Hazırda hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.


