Bu ilin fevralında Yaponiyada 10 gəminin tikintisi üzrə sifariş yerləşdirilib. Bunlardan 8-i quru yük, 2-si ümumi yük gəmisidir.
“Seanews.az” xəbər verir ki, bu barədə Yaponiya Gəmi İxracatçıları Birliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yanvarla müqayisədə gəmi sifarişlərində 23,6 faiz azalma qeydə alınıb. İlin ilk ayında yeni gəmi sifarişi 14-ə bərabər olub.
Bundan başqa, ilin ilk iki ayında Yaponiya ümumilikdə 32 gəmi ixrac edib. İxrac olunan gəmilərdən 15-i yanvar, 17-si fevral ayının payına düşüb.