İstanbul Boğazında tapılan minanın incələnməsi prosesi davam edir.
APA Hürriyət-ə istinadən xəbər verir ki, dənizdə hərək edən minanın köhnə rus minası olduğu müəyyən olunub.
Təhlükəsizlik məqsədilə gəmilərin hərəkəti üçün qapadılan İstanbul boğazının yerli vaxtla saat 15:30-dan etibarən hər iki istiqamətə hərəkət üçün açıq olduğu elan edilib.
Hazırda minanın helikoper və Sualtı Müdafiə Qrupları tərəfindən incələnməsi prosesi davam edir.
Türkiyə Müdafiə Nazirliyi İstanbul boğazındakı mina ilə bağlı Rusiya və Ukrayna tərəfi ilə danışıqlar aparıldığını bildirib.