“Greenpeace” şirkətinin ən böyük gəmisi təkrar emal üçün doğranacaq

330

“Greenpeace”şirkətinin ən böyük gəmisi “Esperanza” 20 illik istismardan sonra doğranacaq.

“Seanews.az” xəbər verir ki,  gəmi bu məqsədlə artıq İspaniyanın Xixon limanındakı təkrar emal tərsanəsinə gəlib.

“Ən böyük gəmimiz olan “Esperanza”, karbon qazı tullantılarının çoxluğuna görə məqsədimizə uyğun gəlmir. Dünya dəyişdikcə “Greenpeace”-in dəniz əməliyyatları da dəyişməlidir. “Esperanza”, hətta elektrik mühərrikli olsa belə, digər gəmilərimizə nisbətən daha çox karbon qazı buraxır. Gəminin texniki göstəricilərini yaxşılaşdırması üçün göstərilən bütün səylərə  baxmayaraq, o, yaxın gələcəkdə sıfır CO2 emissiyasına nail olmaq missiyamıza cavab vermir”,-deyə şirkətdən bildirilib.

Maraqlıdır ki, “Esperanza”  1984-cü ildə Qdansk gəmiqayırma zavodunda keçmiş SSRİ Hərbi Dəniz Qüvvələri üçün yanğınsöndürən gəmi kimi tikilib. “Greenpeace” onu 2000-ci ildə alıb. Buz sinfinə aid olan “Esperanza” şirkətin donanmasında ən sürətli gəmidir.