Okeanı ilk cəhddə keçən qadın dünya rekordunu qırdı

328

Böyük Britaniya sakini ilk cəhddə yeddi metrlik qayıqla avar çəkərək Atlantik okeanını keçib və qadınlar arasında yeni sürət rekordunu müəyyənləşdirib.

Londondan olan 35 yaşlı Viktoriya Evansa Kanar adalarından Barbadosa qədər 4,7 min km məsafəni qət etmək üçün 40 gün 19 saat lazım olub. Halbuki, öncəki rekord 49 gün 7 saat təşkil edib.

Səyahət başa çatdıqdan sonra britaniyalı “qadınlara və qızlara onlar üçün mümkün olmayan heç nəyin olmadığını göstərmək” üçün nəsə etmək qərarına gəldiyini bildirib.

Qeyd edək ki, Evans hüquqşünasdır və heç vaxt avarçəkmə ilə məşğul olmayıb. O, üç il əvvəl ekstremal səyahətə hazırlaşmağa başlayıb. Atlantik okeanını keçən 11 qadından ən sürətlisi olmaq üçün o, gündə 12-14 saat məşq edib. Britaniyalı qadının idman uğuru həm də “Qadınlar İdmanda” xeyriyyə fondu üçün 24 min funt-sterlinq toplamaq imkanı verib.

Mənbə: lenta.ru