Cənubi Koreya gəmiqayıranları Rusiya ilə bağlanmış müqavilələri yerinə yetirəcəklər

311

Cənubi Koreyanın ən böyük gəmiqayırma şirkətləri Rusiyanın sifarişlərini, o cümlədən “Saxalin” seriyalı layihələrin operatorları üçün LNG tankerlərinin tikintisi üzrə öhdəliklərini yerinə yetirmək istəyirlər.

“Seanews.az”  xəbər verir ki, bu günə qədər Rusiya Cənubi Koreyanın “Samsung Heavy Industries”, “Hyundai Heavy Industries” və “Daewoo Shipbuilding & Marine Engineering” şirkətlərinə  35 LNG daşıyan gəminin tikintisi üçün sifariş verib.

Avropa İttifaqı Rusiyanın yanacaq-energetika kompleksinə qarşı sanksiyaları tətbiq etmədiyi halda Cənubi Koreya biznesinin nümayəndələri bunun tətbiqini zəruri hesab etmirlər. “Avropa ölkələri Rusiyadan neft və qaz idxal etməkdə davam edir. Bəs biz Rusiya ilə mövcud birgə müəssisələrimizə niyə son qoymalıyıq?” – deyə  bu şirkətlərdən birinin meneceri “The Financial Times”-a müsahibəsində bildirib.

Cənubi Koreya şirkətləri çinli rəqiblərinin Rusiya ilə mövcud müqavilələrin ləğvindən yararlanacağından ehtiyat edirlər. Məsələn, “Hudong-Zhonghua” şirkəti ildə 8-ə qədər LNG tankeri inşa edə bilər. Bununla yanaşı, şirkətlərin nümayəndələrinin dediyi kimi, onlar bazarda öz yerlərini itirmək niyyətində deyillər.