Türkiyə gəmiləri Qara dənizdə mina təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib

327

Qara dənizdə dreyf edən mina təhlükəsi ilə əlaqədar Türkiyə minaaxtaran gəmiləri və patrul təyyarələrini yüksək hazırlıq vəziyyətinə gətirib.

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.

“Mina təhlükəsi ilə əlaqədar biz bütün minaaxtaran gəmiləri və dəniz patrul təyyarələrini yüksək hazırlıq vəziyyətinə gətirmişik. Xəbərdarlıq aldıqdan sonra təhlükəni qiymətləndirir və müvafiq tədbirlər görürük”, – deyə nazirliyin saytında dərc olunan bəyanatda deyilir.

Akarın sözlərinə görə, aşkar edilən minalar bütün təhlükəsizlik tədbirlərinə riayət olunmaqla məhv edilir.

Nazir bildirib ki, Türkiyə axınla hərəkət edən minaların aşkarlanması məsələsində Rumıniya və Bolqarıstanla əməkdaşlıq edir.

Mənbə: RİA Novosti