Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-800-1000-1300 manat – 20 VAKANSİYA

157

VAKANSİYA 1

Araz Supermarket

Hüquq şöbə müdiri

Son tarix 28 apr 2022 – [email protected]

Tələblər:

  • Ali hüquqi təhsil ;
  • Müvafiq sahədə 5 ildən yuxarı  iş təcrübəsi;
  • Dil bilikləri : Azərbaycan  və İngilis dili yüksək səviyyədə bilməli, Rus dili arzu olunandır; 
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl bilgilər;
  • Liderlik, kommunikasiya, komanda ilə işləmək  səriştəlikləri.

Vəzifə öhdəlikləri:

  • Şirkət strategiyasına uyğun hüquq strategiyasının hazırlanması və tətbiqini həyata keçirmək;
  • Şirkətdə hüquqi işin aparılmasına metodiki rəhbərliyi təmin etmək;
  • Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək, struktur bölmələrə hüquqi yardım göstərmək, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;
  • Hazırlanan hüquqi sənədlərin layihələrini təsdiqləmək;
  • Qanunvericiliyin tələblərinə əsasən şirkətdə hüquqi prosedurların həyata keçirilməsini təşkil etmək;
  • Şirkətin maraqları barədə hüquqi məsələlərin müzakirəsində iştirak etmək, rəylər vermək;
  • Şöbənin icraatına daxil olan hüquqi məsələlərin həll olunması istiqamətində verilən göstərişlərə və tövsiyələrə əməl edilməsinə və icra olunmasına nəzarət etmək;
  • Hüquqi fəaliyyətin həyata keçirilməsi istiqamətində tələb olunan maliyyə vəsaitinin ayrılması üçün lazımi tədbirlər görülməsini təmin etmək;
  • Şirkətin cəlb edildiyi məhkəmə mübahisələrində şirkət mənafelərinin müdafiəsini təşkil etmək;
  • Şirkətin digər təşkilatlarla əməkdaşlığının hüquqi əsaslarını müəyyən etmək, bu məqsədlə müqavilələrin tərtib edilməsinə və icrasına nəzarət etmək, şirkətin digər struktur bölmələrindən daxil olan müqavilə layihələri və digər sənədlərə rəy verilməsini təşkil etmək;
  • Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində fəaliyyətləri icra etmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquq şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

VAKANSİYA 2

Gültaş Endüstriyel İnşaat

Sətəm üzrə mütəxəssis (Füzuli rayonu)

Son tarix 28 apr 2022 – [email protected]

Vəzifələr:

  • Filialda əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi, təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi üzrə işlərin təşkili, iş yerlərinin və istehsalat avadanlıqlarının təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə uyğunluğunun attestasiyası və sertifikatlaşdırılması, nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkil və təmin edilməsi, həmçinin müvafiq təlimlərin təmin edilməsində məsləhətlər vermək;
  • Zərərli və təhlükəli istehsal amillərinin təsirindən mühafizə vasitələrinin daha təkmil layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və təqdim edilməsində iştirak etmək;
  • Əməyin mühafizəsi təlimatlarının, müəssisə standartlarının vaxtında işlənib hazırlanmasını və onlara yenidən baxılmasını təmin etmək;
  • Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;
  • Filialın SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək və fəaliyyətin təkmilləşdirilməsi və ya düzəldilməsi üçün tədbirlər təklif etmək;
  • SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək;
  • SƏTƏM üzrə illik məqsədlər və hədəflər qoymaq və həyata keçirmək.

Tələblər:

  • Texniki sahə üzrə ali ixtisas təhsili;
  • Tələb olunan vəzifə üzrə minimum 2 il iş təcrübəsi; 
  • Müvafiq vəzifə üzrə sertifikatlara malik olması
  • Sürücülük təcrübəsi arzu olunandır.
  • MS Office proqramları
  • Planlama və təşkiletmə bacarığı
  • Məsuliyyət götürmə və hesabat vermə bacarığı

İş Şəraiti:

  • Qalmağa yerlə təmin edilir
  • Gündəlik 3 dəfə qidalanma 
  • ARƏM-nə uyğun sənədləşmə 
  • İş Füzuli rayonunda yerləşir.
  • Əmək haqqı – 1000 manat   

Qeyd: Tələblərə cavab verən namizədlər, öz CV-lərini gmail ünvanına göndərə bilərlər. 

VAKANSİYA 3

PRİME Accessories Mağazalar Şəbəkəsi

Satış təmsilçisi

Son tarix 28 apr 2022 – [email protected]

İş barədə məlumat:

  • Mağazada satış etmək 
  • Müştəriləri qarşılamaq, onların istəkləri ilə maraqlanmaq, istəklərinə uyğun məhsul təqdim etmək 
  • Şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək 
  • Şirkətin təşkil etdiyi həftəlik iclaslarda iştirak etmək və hesabat vermək 
  • Karyera imkanı
  • İş qrafiki növbəlidir: 
    – I növbə: 09:00-dan 17:00-dək 
     II növbə: 14:00-dan 22:00-dək 
  • Əməkdaş hər iki növbədə çalışacaq.
  • Həftədə 1 gün istirahət
  • Əmək haqqı: Min: 300 azn – Max: 700 azn

Namizədə tələblər:

  • 18 – 27 yaş arası xanım və bəylər
  • Ali təhsil mütləqdir (humanitar/texniki)
  • Xarici görünüş : səliqəli və müasir
  • Fiziki sağlam
  • Səlis nitq bacarığı 
  • Fikirlərini aydın ifadəetmə bacarığı 
  • Ünsiyyətcil 
  • Gülərüz
  • Komanda ilə işləmə bacarığı 
  • İnandırma qabiliyyəti
  • Satış bacarığı (təcrübə minimum 1 il)
  • Minimum 1 il işləməyə hazır olan və məsuliyyət götürən
  • Sadə riyazi hesablama qabiliyyəti (*,%,√)

Maraqlanan namizədlərdən CV-lərini mail adresinə göndərməsi xahiş olunur.

VAKANSİYA 4

İntelfinans MMC

Böyük Mühasib

Son tarix 28 apr 2022 – [email protected]

Şəhər: Bakı

Yaş: 23 – 30 yaş

Cins: Kişi

Təhsil: Ali

İş təcrübəsi: 3 ildən başlayaraq

Əlaqədar şəxs: Həmidə Qasımova.

İş barədə məlumat:

  • Bank ödəniş əməliyyatları, e-qaimə göndərilməsi, vergilərlə yazışmalar aparılması, debitor və kreditorlarla üzləşmələr aparılması.
  • Dövlət büdcəsinə hesabatların göndərilməsi (Vergi, DSMF, Statistika). 1C 8.2 və ya 8.3 mühasibatlıq proqramında işləmək.
  • Mühasibatlığa dair müvafiq sənədlərin hazırlanması.
  • Əmək haqqının və əmək haqqından tutulmaların, Məzuniyyət və Ezamiyyətlərin hesablanması və sənədləşməsi.
  • Rəhbərlik üçün maliyyə hesabatların ( P&L, Cashflow, Balans Sheet) hazırlanması və digər əməliyyatlar.
  • Anbarın izlənməsi və yoxlanılması.

Əlavə qeydlər:

  • İş yeri Qaradağ ərazisində yerləşir.
  • Çatdırılma şirkət tərəfindən təmin edilir.
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • İş vaxtı həftə içi 5 gün, saat 9:00 – 17:00
  • Əmək haqqı 1300 manat.

VAKANSİYA 5

BSC Consulting & Outsourcing Company

Aparıcı mühasib

 Son tarix 28 apr 2022 – [email protected]

İş barədə məlumat:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
  • Proqram üzrə mühasibat yazılışlarının verilməsi
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması
  • Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
  • Mühasibat müxabirləşmələri mükəmməl bilən
  • Mühasibatlıq üzrə ən azı 5-7 il iş təcrübəsi;
  • MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşüncə qabiliyyəti
  • İşi planlamaq bacarığı
  • İş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı

Əmək haqqı: 1000-1200 manat

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı Mühasib ” qeyd etməklə göndərmələri xahiş olunur. 

VAKANSİYA 6

Soliton

Satınalma meneceri

Son tarix 28 apr 2022 – [email protected]

İşin təsviri:

  • Şirkətin məhsul və xidmətləri üzrə mövcud bazar qiymətləri əsasında qiymətləndirmənin aparılması
  • Şirkətdə tələb olunan malların, materialların, xidmətlərin satınalması və qiymət və maliyyə analizlərini həyata keçirilməsi
  • Stok təqibinin aparılması
  • Müvafiq layihələrin hazırlanmasında yaxından iştirak edilməsi
  • Görülən işlərin nəticələrinə əsasən hesabatların rəhbərliyə təqdim edilməsi

Tələblər:

  • Dil bilikləri: İngilis dili
  • Kompüter biliyi: MS Office proqramları 
  • Cins: Kişi
  • Yaş həddi: 22-30
  • Etibarlılıq, dəqiqlik və detallara diqqət yetirmə
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq

İş şəraiti:

  • İş yeri: Baş Ofis (Tbilisi pr.)
  • İş rejimi: Tam
  • İş saatı: I-V günləri 09:00-18:00, VI günlər 09:00-15:00
  • Əmək haqqı: 500-800 AZN
  • Əlavələr: AR əmək məcəlləsinə görə sənədləşmə
  • Nahar yeməyi şirkət tərəfindən verilir.

VAKANSİYA 7

Texnomart Mağazalar Şəbəkəsi

Səyyar Kredit mütəxəssisi

Son tarix 28 apr 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 1 ilə yaxın iş stajı;
  • Kompüter bilikləri;
  • Analitik təhlil, yüksək diqqət, təqdim etmə bacarığı. 

Vəzifələr:

  • Kredit almaq üçün müraciət edən müştərilərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
  • Müştərinin maliyyə təhlilini həyata keçirir;
  • Kreditin verilməsi ilə bağlı rəsmiləşmə edir;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət edir; 
  • Satış etmə bacarığına malik olmalı;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobili olması arzu olunur; 
  • Bölgələrdə ezamiyyətlərə təhkim olma.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi e-mail ünvanına göndərə bilərsiniz.

VAKANSİYA 8

Kredit Evi QSC

Problemli kreditlər üzrə mütəxəssis

Son tarix 28 apr 2022 – [email protected]

Tələblər:   

  • Ali və ya orta ixtisas təhsili;
  • Səlis Azərbaycan dili;
  • Yaş həddi: 21-30 yaş;
  • Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı;
  • Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı.

Vəzifə öhdəlikləri: 

  • Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
  • Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
  • Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
  • Portfelə daxil olmuş borcalanların sistemdə qeyd edilmiş əlaqə nömrələrinin aktiv olub – olmadığını müəyyənləşdirilməsi;
  • Sorğu və hesabat formalarını təşkil etmək;
  • Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək ;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün geniş şərait.

Əgər təklifimiz sizə maraqlıdırırsa şəkilli cvlərinizi (şəkilli CV mütləqdir) elektron ünvanına göndərə bilərsiz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Problemli kreditlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

VAKANSİYA 9

Start Travel

Tur Agent

Son tarix 28 apr 2022 – [email protected]

Tələblər:

  • Turizm sahəsində tur menecer olaraq ən azı 1-2 il iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək və ingilis dilini bilənlərə daha üstünlük verilir;
  • İşgüzar danışıq bacarığına sahib olmaq;
  • Səlis və yüksək ünsiyyət qurma bacarığına sahib olmaq;
  • Diqqətli, punktual və məsuliyyətli olmaq;
  • Vaxtın idarə olunması bacarığına malik olmaq
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

Vəzifələr:

  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
  • Zamana və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi;
  • Xarici tur paketlərin hazırlanması;
  • Sığortanın yazılması;
  • Daxili və ya xarici partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq;
  • B2B sistem üzərindən otellərin bronlaşdırılması;
  • Viza anketlərin doldurulması;

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: 6 günlük və müvafiq iş saatı həcmi;
  • İş yeri: Bül-Bül prospekti, 79B;

Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsində “Tur Agent” qeyd edərək göndərə bilərlər.

VAKANSİYA 10

Ram Holding

Ofis menecer

Son tarix 28 apr 2022 – [email protected]

Həftədə 5 gün

Əmək haqqı: 500 AZN (net)

Tələblər:

  • Ali təhsil 
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Yüksək səviyyədə idarəetmə və koordinasiya bacarığı
  • Komandada və individual işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq olmalı
  • Yaş aralığı: 22-30
  • Cinsi – xanım
  • Rus və ingilis dillərində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
  • MS Office proqramlarını xüsusilə də Excel proqramından yaxşı səviyyədə istifadə bacarığı 

Əmək funksiyaları:

  • Ofis xidmətlərini təmin etmək;
  • Sənədlərin qeydiyyat sistemini yaratmaq, eləcə də yazışmalar və digər əlaqə vasitələrinə nəzarət etmək;
  • Ofis daxili və xarici sənədlərin qeydiyyatını aparmaq;
  • Ofis avadanlıqlarına texniki xidməti təmin etmək
  • Ofis təchizatını təmin etmək və yeniləmək;
  • İnventarın sayını müəyyən etmək üçün ehtiyatları yoxlamaq;
  • Tələb olunan ehtiyatları qabaqcadan müəyyən etmək;
  • Ofis sistemlərinin, avadanlıqlarının alınmasını, yerləşdirilməsini planlaşdırmaq və həyata keçirmək;
  • Ofisin inzibati işçi heyətinə nəzarət etmək;
  • Görüşlərin təşkil edilməsi;
  • CV bazasının mütəmadi olaraq yenilənməsi;
  • Rəhbərliyin digər göstərişlərini icra etmək;

Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV*lərini email adresinə mövzu hissəsində “Ofis menecer” qeyd etməklə göndərmələri tələb olunur.

Yalnız minimum tələbləri qarşılayan namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

VAKANSİYA 11

NH Group

Daxili satınalma üzrə (mütəxəssis, baş mütəxəssis və ya rəhbər)

Son tarix 28 apr 2022 – [email protected]

Ümumi məlumat:

  • İş qrafiki:  5 günlük, 8 saatlıq
  • Yaş: 25 – 45
  • Təhsil: Ali
  • Təcrübə: 3 ildən çox
  • Əmək haqqı: Əmək haqqı  namizədin bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyənləşdiriləcək.

Vəzifə öhdəlikləri:

  • Daxili satınalmaların planlaşdırılması və təşkil edilməsi;
  • Bazar araşdırmasının aparılması;
  • Təchizat şirkətləri ilə rəsmi işlərin təşkil edilməsi (paket sənədlərin təşkil edilməsi);
  • Daxili satınalmaların həyata keçirilməsi;
  • Mal və avadanlıqların qəbulu və keyfiyyətinə nəzarətin edilməsi;
  • Mal və avadanlıqların çatdırılmasının təşkil edilməsi;
  • Gördüyü işlər haqda hesabatların hazırlanaraq Rəhbərliyə təqdim edilməsi;
  • Cəmiyyət Rəhbərliyi tərəfindən tapşırılan şifahi və yazılı tapşırıqların vaxtlı – vaxtında icra edilməsi.

Tələblər:

  • 1 C proqramının satınalma hissəsini mütləq bilməlidir;
  • Ofis proqramlarını bilməlidir;
  • Xarici dil bilməsi (İngilis, rus və s.) böyük üstünlükdür;
  • Satınalma üzrə qüvvədə olan qanunvericilikdən anlayışı olmalıdır;
  • Satınalma sənədlərinin tərtibinin xüsusiyyətlərini bilməli;
  • Təchizatçılar ilə müqavilə bağlamaq prosedurunu bilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlər Mövzu hissəsində “Satınalma yazaraq öz CV-lərini e-poçt ünvanına göndərsinlər.

Əlaqə nömrəsi:  0552521447

VAKANSİYA 12

Agro Dairy

Kiçik anbardar

Son tarix 28 apr 2022 – [email protected]

İş üzrə tələblər:

  • Anbar ehtiyatlarının yerləşdirilməsi üzrə sifarişləri toplamaqla, sorğuları çap etməklə, qəbul edilmiş yaxud paylanılmış mal və ya materialların miqdarını kompüter vasitəsilə qeydə almaqla mal ehtiyatlarının uçotunu aparır.
  • Mövcud mal ehtiyatlarını sayır.
  • Sorğuları və təchizat sifarişlərini işləməklə; materialları çıxarmaqla; qutuları qablaşdırmaqla; sifarişləri çatdırılma zonasında yerləşdirməklə sifarişləri hazır vəziyyətə gətirir.
  • Yük maşınlarının yüklənilməsi, qəbul edilməsi, boşaldılması və inventarın yoxlanılması işlərinə yardım edir.

Tələb olunan bilik və bacarıqlar: 

  • Ali təhsili olanlara üstünlük verilir.
  • Daha öncə Anbar sahəsində çalışmış namizədlərə üstünlük veriləcəkdir, həmçinin təcrübəsi olmayan uyğun namizədlərə də baxılacaqdır.
  • Gəncə, Samux və Tovuz bölgələrində yaşayan namizedlere üstünlük verilir. 
  • Microsoft Office və məlumat daxiletmə proqramlarını bilmək. 

Əlavə məlumat:

İş yeri – Tovuz və Samux

Tabe olduğu şəxs – Anbar Koordinatoru

Şirkət tərəfindən işçilər nəqliyyat xidmətləri, nahar və sığorta ilə təmin olunur.

Göstərilən tələblərə uyğun namizədlər elektron məktubun mövzu hissəsində “Kiçik Anbardar” qeyd etməklə CV-lərini göndərə bilərlər.

VAKANSİYA 13

Mazarina Trade Company

Logistika üzrə təcrübə proqramı

Son tarix 28 apr 2022 – [email protected]

Tələblər:

  • Ali Iqtisadi Təhsil
  • Dil biliyi:Rus və ya İngilis dili (yaxşı)
  • Yaş: 21-25 
  • Cinsi : Qadın
  • Analitik düşünmə qabiliyyəti
  • MS Office bilikləri (Xüsusi ilə Excel)
  • Öyrənməyə və inkişafa yüksək həvəs;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Təşkilatçılıq, koordinasiya qabiliyyəti

İş şəraiti:

  • Əmək haqqı: 300AZN 
  • İş vaxtı: 09:00 –dan-18:00 dək
  • İstirahət günləri: Şənbə və Bazar
  • Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin edilə bilər 

Qeyd:

  • Rus və ya İngilis dili bilikləri üstünlükdür.

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Logistika üzrə Təcrübəçi” qeyd edərək göndərə  bilərsiniz

Ünvan: Ələsgər Qayıbov 12/22(Gülüstan Palace)

https://goo.gl/maps/HL5LGdg3mUpLr24e8

Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel ,Caspian Bussines Hotel,EuroHome Tikinti materialları bazarı və CONNECT.

7A,7B,71,93,24,11 nömrəli marşurtlarla gələ bilərsiniz. 

VAKANSİYA 14

Askona

Onlayn satış üzrə menecer

Son tarix 28 apr 2022 – [email protected]

Bakıda yeni açılan Mebel istehsalı və satışı üzrə beynəlxalq (İsveçrə və Rusiya birgə şirkəti)  şirkətdə Onlayn satış üzrə menecer vəzifəsi üzrə vakansiya aktivdir

Namizəd üçün tələblər:

  • Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
  • Təcrübə: Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi
  • Yaş: 25-45
  • Dil bilikləri: Rus dili tələb olunur, ingilis dili arzuolunandır (Müəssisə rəhbərliyinin Rus milliyəti olmasını və Müəssisənin Baş ofisinin xaricdə yerləşməsini nəzərə alaraq)
  • Kompüter bilikləri: MS Excel, MS Outlook,
  • Bitrix24 CRM sistemində işləmək (təcrübə tələb olunmur, biz sizə öyrədəcəyik) və 1C;

Vəzifələr:

  • internet sifarişlərini/çatlarını emal etmək, onları məlumat bazasında qeydiyyatdan keçirmək;
  • zəngləri qəbul etmək, müştərilərə məhsullar üzrə peşəkar məsləhət vermək (biz təlim keçəcəyik, mebel sahəsində təcrübənin olması vacib deyil);
  • müştərilərə şirkət standartlarına uyğun yüksək keyfiyyətli xidmət göstərmək;
  • daşınma üçün qəbul etdiyiniz sifarişlərinizə nəzarət etmək, logistika xidməti ilə əlaqə saxlamaq;
  • müştəri bazasının qorunması, şirkətin alqoritmlərinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.

İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq    

Məhsulla tanış ola biləcəyiniz sayt: https://www.askona.ru/

Partnyorlar üçün çeşidi görə biləcəyiniz sayt https://lnkd.in/d-Dxtvmi

(franchise üçün, lakin bu gələn il üçün)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Onlayn satış üzrə menecer” adını qeyd etməklə ünvanına göndərmələri xahiş olunur.

VAKANSİYA 15

Balaxanı Sənaye Parkı

Mühasib

 Son tarix 28 apr 2022 – [email protected]

İş yeri: Balaxanı Sənaye Parkı 1

Elanın son tarixi: 28.04.2022

Vəzifə öhdəlikləri:

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi (daxili və xarici)
  • Bank əməliyyatlarının sistemə işlənməsi.
  • e-taxes.gov.az, e-gov.az və digər portallardan istifadə etmək bacarığı 

Tələblər:

  • Ali təhsilli (iqtisadi va maliyyə)
  • Mühasib kimi 3-5 il  bu sahədə təcrübəsinin olması vacibdir
  • MS/office, word,excel proqramlarını bilməli
  • Komanda ilə işləmə bacarığı
  • Məsuliyyətli və inkişafa meyilli olmalı

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş rejimi:08:30 – 18:00 (Bazar ertəsi – Şənbə)
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur

Zəhmət olmasa, CV-nizi mövzu yerində “Mühasib” vəzifəsini qeyd etməklə elektron poçtuna göndərin.

VAKANSİYA 16

Güvənli MMC

Lombard kreditləri üzrə təcrübə proqramı

 Son tarix 28 apr 2022 – [email protected]

İş haqqında məlumat:

  • Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək.         

Tələblər:

  • Cins: Kişi namizədlər;
  • Şəhər: Bakı
  • Ali təhsil müəssisəsini yeni bitirməli;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Satış bacarığına malik olmaq;

Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini elektron ünvanına “Təcrübəçi” başlığı və Regionu qeyd edərək göndərə bilər.  

VAKANSİYA 17

Agro Dairy

Junior Agricultural Engineer

Son tarix 28 apr 2022 – [email protected]

Responsibilities:

  • Understanding and carrying out all tasks given by the Senior Engineer
  • Collaborating with other engineers and workers to design, develop, test, and improving engineering processes
  • Ensuring all expenses stay within the allocated budget
  • Performing regular inspections of equipment and scheduling maintenance or repairs.
  • Providing assistance to different staff or engineering teams
  • Inspecting inventory and reporting inconsistencies as well as ordering more materials
  • Producing CAD drawings according to specifications
  • Evaluating all products and processes and ensuring standardization of quality assurance measures
  • Participating in various learning experiences, which may include attending workshops and training sessions
  • Calibrating and troubleshooting equipment as required

Requirements:

  • Bachelor’s degree in Agricultural Engineering is preferred 
  • Completed apprenticeship or similar experience is recommended
  • Strong analytical, troubleshooting, problem-solving, and communication skills
  • Practical experience using CAD software required
  • Ability to follow instructions and to collaborate with others

Additional information:

Place of work – Hajigabul and Samukh

Reports to – Operations Director

Candidates who meet the stated requirements can send their CVs.

Please indicate the name of the position you are applying for as “Junior Engineer” in the subject line of the email.

VAKANSİYA 18

NOVCO Group of Companies

Satış təmsilçisi

 Son tarix 28 apr 2022 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək
  • Müştərilərə mövcud kolleksiya haqında dolğun məlumat vermək
  • Satış texnikası  və müştəri məmnuniyyəti standartlarına riayət etməklə satışı həyata keçirmək.

Tələblər:

  • Yaş həddi: 18-30
  • Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili – arzuolunandır
  • Geyim mağazasında 1 ildən az olmayaraq satış təcrübəsi
  • Satış texnikası bilikləri
  • Ünsiyyətcil, gülərüz

Əmək şəraiti:

  • İş qrafiki: Növbəli
  • Stabil əmək haqqı + satışdan %lər
  • Nahar şirkət tərəfindən qarşılanır

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “ Satış təmsilçisi ” qeyd edib göndərilməsi xahiş olunur.

VAKANSİYA 19

Xalq Həyat Sığorta

İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas

Son tarix 28 apr 2022 – [email protected]

İş qrafiki: 09:00 – 18:00 (bazar ertəsi – cümə)

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər:

  • Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Sığorta məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
  • Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
  • Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək; 
  • AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;

Tələblər:

  • Ali hüquq təhsili;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır).

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas” qeyd olunmayan “CV”-lərə baxılmayacaq. 

VAKANSİYA 20

Rortvest Safety uniform

İstehsalat üzrə mühasib

Son tarix 28 apr 2022 – [email protected]

İş haqqında məlumat:

  • Cins : Qadın
  • 1C biliklərinin yüksək səviyyədə olması
  • Xanım mühasiblər
  • Rus dili(orta səviyyədən yuxarı)
  • Texniki bacarıqlar və Excel proqramının yüksək səviyyədə bilməsi
  • İstehsal üçün lazim olan bütün sənədləşdirmənin həyata keçirilməsi 
  • Anbara gələn çixan mallarin  qeydiyyatini aparan
  • Əmək haqqinin hesablanmasıni dəqiq bilən 
  • Ünvan Qara Qarayev metrosu
  • İş saatları 9.00-18.00 
  • Həftənin 6 günü iş rejimi.

Əlaqə 050 393 23 30 Elşən bəy

fed.az