Süveyş kanalı Ukrayna böhranı və neftin qiymətinin artması səbəbindən tarifləri qaldırır

116

Süveyş kanalı Ukraynadakı vəziyyət və neftin qiymətinin artması səbəbindən gəmilərin keçidi üçün tarifləri qaldırmağa məcbur olub.

“Seanews.az” xəbər verir ki, bu barədə çərşənbə axşamı Misirin bu su yolunun administrasiyasının rəhbəri Usamə Rabia “EVER GIVEN” konteyner gəmisinin saydan çıxarılmasının ildönümü münasibətilə jurnalistlərə müsahibəsində məlumat verib.

“Neft və qaz daşıyan gəmilərin və tankerlərin kanaldan keçməsi üçün rüsumların artırılması müvəqqəti xarakter daşıyır və şəraitdən asılı olaraq qarşıdakı dövr ərzində yenidən nəzərdən keçirilə və ya ləğv edilə bilər. Rüsumların martın və may ayının əvvəlindən  ikiqat artırılması qərarı   Rusiya-Ukrayna böhranı, yükdaşıma tariflərinin 6 dəfə artması və neftin qiymətinin artması ilə əlaqədar idi”,- deyə administrasiyasın rəhbəri vurğulayıb.