Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin məmnunluğunun təmin edilməsi siyasətinin tərkib hissəsi kimi cari ilin mart ayından etibarən onlayn növbə sistemi istifadəyə verilib.
Nəzərinizə çatdırmaq istəyirik ki, dənizçilərimizin rahatlığını təmin etmək məqsədilə onlayn növbə ilə yanaşı, Agentlik tərəfindən canlı növbə əsasında da müraciətlərin qəbulu prosesi davam etdirilir.
Qəbul prosesində onlayn növbə sistemindən istifadə edən dənizçilərə üstünlük veriləcək. Onlayn növbəsi olmayan dənizçilərin qəbulu isə iş günü ərzində, növbəlilik prinsipi əsasında həyata keçiriləcək.
ardda.gov.az