Türkiyənin Alanya şəhərində dənizin səviyyəsinin dəyişməsindən sonra sahildə qayalıqlar görünməyə başlayıb.
Aidiyyəti qurumların məlumatına görə, sözügedən ərazidə qısa müddət ərzində dəniz suyu sahildən 5-10 metr geriyə çəkilib.
Mütəxəssislər qeyd edirlər ki, son illər ərzində dənizin səviyyəsinin enməsi bütünlükdə Aralıq dənizinin sahilləri boyunca davam edir.
Mənbə: Anadolu