Nüfuzlu beynəlxalq ali təhsil müəssisələrinin tədqiqatçıları və tələbələri Bakı Limanına səfər ediblər

127

     Nüfuzlu beynəlxalq ali təhsil müəssisələrinin tədqiqatçıları və tələbələri qlobal çağırışların həlli üçün regional əlaqələrin qurulmasında Bakı Limanın Xəzər regionunda aparıcı liman olaraq rolunu müzakirə etmək üçün Bakı Limanına səfər ediblər

      Bu gün “Fəaliyyətdə olan Tədqiqat” adlı beynəlxalq konfransın nümayəndə heyəti konfrans proqramı çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı Limanı) QSC-yə səfər edərək Limanın logistika və təchizat zəncirində regional mərkəz rolunu müzakirə ediblər və Limanın fəaliyyəti ilə tanış olur. Beynəlxalq konfrans ADA Universiteti tərəfindən Kembric COMPASS ilə sıx əməkdaşlıq çərçivəsində təşkil olunub və konfrans 30 mart – 01 aprel 2022-ci il tarixlərdə Bakıda keçirilir.

       Nümayəndə heyəti Limana Kembric Universitetinin Jesus Kollecinin Kembric Mərkəzi Asiya Forumunun direktoru Doktor Siddharth Saxena rəhbərliyi ilə səfərdə olunlar. Nümayəndə heyətinin tərkibində ADA Universiteti, Qazaxıstan Britaniya Texniki Universiteti, Avrasiya Tədqiqat İnstitutu, London Universitet Kolleci, Özbəkistan Elmlər Akademiyası, Tbilisi Dövlət Universiteti, Tacikistan Milli Universiteti, Özbəkistandakı Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti, Sinqapur İdarəetmə İnkişafı İnstitutu və digər təhsil institutlarının nümayəndələri təmsil olunurdu.

     Bakı Limanının Baş Əməliyyat Direktoru cənab Eugene Seah qonaqları salamladı və vurğuladı ki, Bakı Limanının öyrənmə və inkişafda ən yaxşı həllər və innovasiyaları araşdırmaq və tətbiq etmək üçün təhsil müəssisələri ilə tərəfdaşlıq sahələrini genişləndirmək üçün xüsusi strategiyası var.

      Doktor Siddharth Saksena öz növbəsində bildirdi ki, qlobal çağırışların həlli üçün rəqəmsallaşma, əməliyyat səmərəliliyi və davamlılıq sahələrində nümunəvi həllər həyata keçirən regionun ilk yaşıl limanı kimi Bakı Limanının təcrübəsi tədqiqatçılar və alimlər tərəfindən daha da geniş araşdırılmalıdır və onlar limanla tərəfdaşlığa böyük maraq göstərirlər.

     Nümayəndə heyətinə həmçinin Limanın insan kapitalı və təlimin inkişafı strategiyası haqqında məlumat verilib və Limanın Təlim Mərkəzi ilə potensial əməkdaşlıq sahələri müzakirə edilib. Daha sonra qonaqlar terminallara və Yaşıl Liman obyektlərinə baş çəkərək Bakı Limanının iş fəaliyyəti ilə tanış olub, həmçinin limanın texniki imkanları, logistikanın sütətli idarə olunmasını təmin etmək üçün tətbiq olunan texnologiyalar və innovativ həllər barədə məlumatlandırılıblar.

portofbaku.com