Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub

400

    Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.

      Xəbərdarlıqda bildirilir ki, aprelin 4-də Xəzər dəniz akvatoriyasında şimal-qərb küləyi 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə 33-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü isə 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 metrə qədər artması proqnazlaşdırılır.

     Hava şəraitinə uyğun olaraq, Dövlət Dəniz və Liman Agentliyinin Milli Mərkəzinin təcrübəli kapitanları tərəfindən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində məlumatlandırılacaq.

    Bununla yanaşı, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək.

   Dövlət Dəniz və Liman Agentliyinin Milli Mərkəzi tərəfindən mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçiriləcək.

    Eyni zamanda gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometeoroloji hadisə ilə bağlı məlumatlandırılacaq.

ardda.gov.az