“COSCO” 32 konteyner gəmisinin tikintisini sifariş verib

77

Çinin logistika nəhəngi “COSCO” 2021-ci ildə 89,2 milyard yuan (14 milyard dollar) xalis gəlir əldə etdiyini bildirib ki, bu da 2020-ci ilə nisbətən 799,52% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə məlumat şirkətin Şanxay birjasında dərc olunmuş məlumatında ​​yer alıb.

Ötən il «COSCO”-nun ümumi gəliri də artaraq 333,6 milyard yuana (52,6 milyard dollar) çatıb. Müvafiq göstərici illik ifadədə 94,85% artıb.

Hesabatda bildirilir ki, son bir ildə şirkətin konteyner gəmilərinin sayı  20 ədəd artaraq 510-a çatıb. Bundan başqa, “COSCO” daha 32 yeni konteyner gəmisinin tikintisini sifariş verib.