Dünya Bankının enerji və infrastruktur missiyası mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və sürətli nəqliyyat, yaşıl liman infrastrukturu və öyrənmə, davamlı inkişaf və rəqəmsallaşma sahələrində strateji tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək üçün Bakı Limanı ofisinə səfər edib.
Bu gün Dünya Bankının Avropa və Mərkəzi İnfrastruktur üzrə regional direktoru cənab Çarlz Cozef Kormierin rəhbərlik etdiyi nümayəndə heyəti missiya proqramı çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) rəhbərliyi ilə görüş keçirib.
Bakı Limanının baş direktoru, Taleh Ziyadov vurğulayıb ki, Bakı Limanı regionda öz standartlarını yaratmaqla beynəlxalq logistika üzrə artıq daha mühüm rol oynayır. Buna görə də regional mərkəz kimi Limanımızın əməliyyat imkanlarının artırılması regionun davamlı və inklüziv iqtisadi artımını dəstəkləyəcək.
Görüş zamanı cənab Kormier regional əlaqə, təhsil, rəqəmsal və davamlı inkişaf sahələrində Bakı Limanının proqramları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Missiya 4-8 aprel 2022-ci il tarixlərində Bakıda olacaq. Onların əsas məqsədləri Bazar Elektrik Enerjisinin İnkişafı Yol Xəritəsi layihəsinin icra planı, vaxt qrafiki və bazara keçid qaydalarını müzakirə etmək, enerji səmərəliliyi siyasətinə dəstək vermək və növbəti addımları planlaşdırmaq, Dəniz Küləyi Enerji İstehsalın Yol Xəritəsi ilə bağlı hökumətin fikirlərini dinləmək, Azərbaycanın uzunmüddətli enerji, iqlim planlarını və potensial əməkdaşlıq sahələrini müzakirə etməkdir.
portofbaku.com