Qərbi Gürcüstanda Anaklia dərin dəniz limanı tikintisi layihəsi həyata keçiriləcək.
“Seanews.az” xəbər verir ki, bir neçə investor layihəyə maraqlarını ifadə edib.
Bu haqda Baş nazirin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl “MTBS” beynəlxalq konsaltinq şirkəti Gürcüstan limanları ilə bağlı araşdırma aparıb. Yekun rəy əsasında Anaklia üçün inkişaf proqramı hazırlanmışdır. Hazırda hökumət üçün prioritet məsələ mövcud limanların daha böyük yükgötürmə qabiliyyətinə malik gəmiləri qəbul edə bilməsi üçün modernləşdirilməsidir.
Anakliyada dərin dəniz limanın tikintisi ilə bağlı qərar 2016-cı ildə Gürcüstan hakimiyyəti tərəfindən ölkənin tranzit imkanlarının artırılması və Şərqlə Qərbi birləşdirəcək “Yeni İpək yolu” layihəsinə qoşulmaq üçün qəbul edilib.