İstanbulun tarixi Haydarpaşa limanında uzunluğu 197 metr olan yük gəmisi saya oturub.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi açıqlama verib.
Məlumatda Honq-Konq bayrağı altında üzən yük gəmisinin Haydarpaşa Limanında yanalma manevri edərkən quruya çırpıldığı bildirilib.
Hadisə yerinə dörd xilasedici gəmi və dalğıc heyəti cəlb olunub.
“Josco Taicang” adlı bu yük gəmisi Haydarpaşa limanına gəlmək üçün martın 12-də Sinqapurdan yola çıxıb.