Rusiyanın Samara şəhəri yaxınlığında, Volqa çayında sərnişinləri aparan hava yastıqlı qayıq aşıb.
“Seanews.az” xəbər verir ki, qəzaya uğrayan qayıqda 11 nəfər olub.
Qeyd olunur ki, həmin şəxslərdən 5 nəfəri xilas edilib. Daha 6 nəfərin axtarışları davam edir.
Axtarış prosesinə dalğıclar cəlb olunub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.