Yeni gəmilərin qiymətləri artır

515

Yeni gəmilərin qiymətləri 2009-cu ildən bəri ən yüksək səviyyədədir. “Clarkson Research”-in məlumatlarına görə, yeni gəmilərin qiymətlərinin ən aşağı olduğu 2020-ci ilin noyabr ayı ilə müqayisədə artım 25% təşkil edib. Bu, son 20 ildə ən kəskin qiymət artımıdır, xammal, enerji qiymətlərinin artması və gəmiqayırma sənayesinə inflyasiya təzyiqi səbəbindən artmağa davam edəcək.

“Seanews.az” xəbər verir ki, ən çox yeni konteyner gəmilərinin qiymətləri artıb. 15 min TEU tutumlu bir gəmi indi 2021-ci ilin əvvəli ilə müqayisədə 50% bahadır. Yeni balkerlər 30%, “MR” tipli tankerlər 21%, qazdaşıyanlar 18% bahalaşıb.

Yeni gəmilərin qiymətlərinin artmasının başlıca səbəbi poladın bahalaşmasıdır: tonu 550 dollardan 800 dollara qalxıb.

Əksər gəmiqayırma zavodlarının 2025-ci ilədək sifarişləri var. Deməli, yaxın gələcəkdə qiymətlərin aşağı düşəcəyi də sadəlövhlükdən başqa bir şey deyil.

yeni gəmilərin qiymətləri 2009-cu ildən bəri ən yüksək səviyyədədir. “Clarkson Research”-in məlumatlarına görə, yeni gəmilərin qiymətlərinin ən aşağı olduğu 2020-ci ilin noyabr ayı ilə müqayisədə artım 25% təşkil edib. Bu, son 20 ildə ən kəskin qiymət artımıdır, xammal, enerji qiymətlərinin artması və gəmiqayırma sənayesinə inflyasiya təzyiqi səbəbindən artmağa davam edəcək.

Ən çox yeni konteyner gəmilərinin qiymətləri artıb. 15 min TEU tutumlu bir gəmi indi 2021-ci ilin əvvəli ilə müqayisədə 50% bahadır. Yeni balkerlər 30%, “MR” tipli tankerlər 21%, qazdaşıyanlar 18% bahalaşıb.