Əldə olunan sertifikatlar “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) enerji resurslarından səmərəli istifadə olunması, ətraf mühitə texnogen təsirin azaldılması, insan sağlamlığı və əməyin təhlükəsizliyi sahələrində beynəlxalq standartlara sahib olmasını təsdiq edir.
Belə ki, Bakı Limanı 29.03.2022-ci il tarixdə dünyanın qabaqcıl sertifikasiya qurumlarından olan “QSİ Certification and İnspection” şirkəti tərəfindən İSO 50001:2018 və İSO 45001:2018 standartına uyğunluq üzrə audit yoxlamalarından müvəffəqiyyətlə keçərək qeyd olunan sertifikatları əldə edib.
Sertifikatların təqdim edilməsi “QSİ Certification and İnspection” şirkətinin Azərbaycanda nümayəndəliyinin rəsmiləri tərəfindən Limanın SƏTƏM komandasına, həmçinin enerji və təhlükəsizliyin idarəetmə sistemlərində çalışan liman əməkdaşlarına təqdim olundu.
Enerjinin səmərəli istifadəsi və ətraf mühitin mühafizəsi ilə Bakı Limanı və onun bütün tərəfdaşlarının maraqlarına xidmət göstərir, eyni zamanda, biznes əməliyyatlarının uğurla həyata keçirilməsi, əməkdaşların sağlamlığı və əməyin təhlükəsizliyi limanın ən prioritet sahələrindəndir.
portofbaku.com