Alimlər Qvatemalanın ən böyük gölü olan Atitlanın dibində qədim Mayya şəhəri aşkar ediblər. Mütəxəssislərin fikrincə, şəhər təxminən eramızdan əvvəl V əsrdə gölün akvatoriyasında yerləşən adada salına bilərdi. Ehtimal olunur ki, vaxt keçdikcə şəhər tektonik aktivliyin təsiri altında suyun dibinə gömülüb.
Tədqiqatçılar 12-20 m dərinlikdə mərasim mərkəzlərinin, evlərin, stelaların və digər tikililərin qalıqlarını aşkar ediblər. Bu yöndə işlərin aparılmasında Argentina, Belçika, Qvatemala, İspaniya, Meksika və Fransadan sualtı tədqiqatlarla məşğul olan arxeoloqlar iştirak ediblər.
Mənbə: “Milenio” qəzeti