“Seanews.az” xəbər verir ki, Cənub-Şərqi Asiyanın ən böyük polad şirkəti olan “Hoa Phat Group” dəniz konteynerlərinin istehsalı üçün “Hoa Phat Container Manufacturing” zavodu tikir.
Zavodun tikintisinə 2021-ci ilin dekabrında başlanılıb. Bu ilin sonunda fəaliyyətə başlayacağı və ilk mərhələdə 2023-cü ildə öz poladından ildə ümumi tutumu 200 min TEU konteynerlər istehsal edəcəyi gözlənilir. Zavodun ümumi gücü ildə 500.000 TEU olacaq.
“Hoa Phat Container Manufacturing” qeyd edir ki, zavodun məhsulları ilk növbədə qiymətə və yüksək keyfiyyətə görə Çin məhsulları ilə rəqabət aparmağa qadir olacaq.
Xatırladaq ki, ötən ilin payızında Koreya şirkətləri Vyetnamın Hayfon şəhərində dəniz konteynerlərinin istehsalı üzrə zavod tikmək planlarını açıqlamışdılar. Zavodun gücü ayda 4000 konteyner olaraq qiymətləndirilirdi. Zavodun 2022-ci ilin ortalarında işə salınması planlaşdırılır.
2007-ci ildə Vyetnam Gəmiqayırma Sənaye Qrupu illik gücü 45.000 TEU olan analoji “Vinashin-TGC” zavodunu açmışdı. Lakin 2010-cu ildə zavod müflis oldu, onun borcu 4,5 milyard dollar təşkil etdi.