“Bir zamanlar Xəzər dənizimizin dibi olan yer ilə ürək ağrısı ilə getdim…”
Bu sözləri Aktau sahillərində dronla çəkiliş aparan qazaxıstanlı videoqraf Azamat Sarsenbayev paylaşdığı görüntülərə şərh kimi yazıb.
Uşaqlıqda sahildən 10 metr kənarda üzməyə qorxduqlarını xatırlayan bloqer indi dənizin yüzlərlə metr geri çəkildiyini deyir.
“Burada bir vaxtlar suyun altında olan daşların üstü ilə artıq 200 metr gedə bilərsiniz. Hər il Xəzər dənizimizin gözümüzün qarşısında nə qədər dayazlaşdığını həyəcanla izləyirik və bu, qorxuludur”, – deyə o təəssüflə bildirib.
https://player.baku.tv/embed/52590