Külək stansiyalarına xidmət edəcək gəmilər hidrogenlə işləyəcək

256

“Seanews.az” xəbər verir ki, “DNV” Təsnifat Cəmiyyəti dəniz külək stansiyalarının istismara verilməsi və onlara texniki xidmət göstərilməsi üçün iki gəmiyə “DNV” sinfinin verilməsi ilə bağlı müqavilə imzalayıb.

Norveç operatoru “Edda Wind” tərəfindən sifariş edilən gəmilər “Colombo Dockyard” tərsanəsində (Kolombo, Şri Lanka) tikiləcək. Hidrogendən dəniz yanacağı kimi istifadə edən gəmilərin 2024-cü ilin yanvar və 2024-cü ilin iyul aylarında istifadəyə verilməsi planlaşdırılır.

“Edda Wind” donanmasının bir hissəsi kimi, yeni gəmilərdən dəniz külək stansiyalarına xidmət göstərən texniki personal üçün baza kimi istifadə olunacaq.

Gələcəkdə hidrogen yanacağının istifadəsi sayəsində gəmilər sıfır emissiya ilə işləyə biləcəklər.

Uzunluğu 89,3 metr olan ixtisaslaşdırılmış hər gəmidə 97 texniki işçi və 23 heyət üzvü çalışacaq.