Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopmuş və nəticədə barja yanalma körpüsünə toxunmuşdur.
Əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilmiş və digər zəruri tədbirlər həyata keçirilmişdir.
Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.
Dayaq blokunun yerdəyişmə işləri bərpa olunaraq aprelin 10-da gün ərzində adi qaydada icra olunur.
https://player.baku.tv/embed/52662