ADDA-da ənənəvi elmi konfrans keçirilib

69

7-8 aprel tarixlərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında onlayn formatda “Dəniz nəqliyyatının inkişaf perspektivləri” mövzusunda tələbələrin, magistrantların  və gənc tədqiqatçıların ənənəvi Elmi-texniki konfransı keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan elmi toplantı dahi insanın şəxsiyyətinə olan böyük hörmət və ehtiramın təzahürüdür.  Ümummilli lider daim elmə və təhsilə xüsusi önəm verir, gənclərin savadlanması üçün təhsil sisteminin inkişafına qayğı göstərirdi.

6 bölmədə fəaliyyət göstərən elmi konfransa 93 məruzə təqdim olunub. Bu məqalələr tələbələri elmi yaradıcılığa həvəsləndirir, onların dünyagörüşünün inkişaf etdirilməsinə, öz fikirlərini sərbəst və aydın ifadə etmələrinə şərait yaradır. Daha səviyyəli məruzələrin tezisləri konfransın toplusunda çap olunacaqdır.

Müvafiq kafedraların hesabatlarına əsasən, siyahıda adları çəkilən gənclər daha yaxşı nəticələr göstəriblər:

“Gəmiqayırma və gəmi təmiri” bölməsi

I yer – K.H.Bayramov (189A1 qrupunun tələbəsi)

II yer – S.E.Şixkamalov (181MR qrupunun magistrantı)

III yer – K.B.Məmmədov (180M1 qrupunun magistrantı)

“Dəniz naviqasiyası” bölməsi

I yer – P.C.Novruzov (200M qrupunun magistrantı)

II yer– İ.V.Babayev (209İ qrupunun tələbəsi), N.N.Həsən (209İ qrupunun tələbəsi), S.S.Hüseynzadə (209İ qrupunun tələbəsi)

III yer – İ.N.Əhmədov (200M qrupunun magistrantı)

“Gəmi energetik qurğuları” bölməsi

I yer – Ə.A.Əliyev (190M qrupunun magistrantı)

“Gəmilərin elektrik avadanlıqları və avtomatikası” bölməsi

I yer – E.Ə.Adnayev (360M qrupunun magistrantı)

II yer – N.M.Qədirzadə (070A qrupunun tələbəsi)

III yer – F.Q.Sərkərov (369A1 qrupunun tələbəsi)

“Tətbiqi mexanika və təbiət elmləri” bölməsi

I yer – Ə.R.Həziyev (191M qrupunun magistrantı)

II yer – R.N.Urkayev (051A3 qrupunun tələbəsi)

III yer – Ə.Huşanova (090İ qrupunun tələbəsi)

“Su nəqliyyatının humanitar və dilçilik məsələləri”

I yer – E.E.Abbasov (050R qrupunun tələbəsi), R.E.Səmədov (361M qrupunun magistrantı), E.A.İsmayılov (209A2 qrupunun tələbəsi)

II yer – Ə.V.Məhəmməd (050R qrupunun tələbəsi), R.Ş.Mirzəyev (209R qrupunun tələbəsi), İ.E.Novruzov (050A1 qrupunun tələbəsi)

III yer – E.E.Ağayev (191A1 qrupunun tələbəsi), V.E.Şeydalı (071A3 qrupunun tələbəsi), E.S.Abbasov (051A1 qrupunun tələbəsi)

asco.az