Dəniz quldurları Qvineya körfəzində quru yük gəmisinə hücum ediblər

63

“Seanews.az” xəbər verir ki, Marşal adalarının bayrağı altında üzən “ARCH GABRIEL” balkeri Qvineya körfəzində hücuma məruz qalıb.

Hücum zamanı gəmidə 19 heyət üzvü – 8 ukraynalı və 11 filippinli olub.

Dəniz quldurları gəmiyə qalxaraq kapitan körpüsündəki bütün kommunikasiyaları sıradan çıxarıblar. Piratlar “ARCH GABRIEL” balkerində 9 saatdan çox olublar. Həmin vaxt gəmi Niger deltası

yaxınlığında beynəlxalq sularda olub. Hücum zamanı heyət gizlənməyə müvəffəq olub. Daha sonra heyətin köməyinə hərbi dənizçilər gəlib. Son məlumata görə, dənizçilərdən heç biri xəsarət almayıb.