Türkiyə Nəqliyyat Nazirliyi Qara dənizdəki gəmilərə sığorta zəmanəti verəcək

64

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, Rusiya və Ukraynanın dəniz limanlarına üzən Türkiyənin bütün ticarət gəmiləri Ukrayna böhranı ilə bağlı yarana biləcək risklər zamanı qardaş ölkənin Nəqliyyat Nazirliyindən sığorta zəmanəti alacaq.

Sığortanın verilməsi ilə xüsusi risklərin idarə edilməsi mərkəzi məşğul olacaq. Sığorta zəmanətləri hər iki ölkəyə uçan təyyarələrə də şamil ediləcək. “Sığorta haqqında” qanun çərçivəsində Ukrayna və Rusiya Federasiyasına səfərlər həyata keçirən mülki gəmilər və təyyarələr, habelə sərnişinlər və heyətlər, yüklər və nəqliyyat vasitələrinin sığorta zəmanəti olacaq”, – deyə “Yeni Şafak” qəzeti yazır. Türkiyə Nəqliyyat Nazirliyi bütün aidiyyəti strukturlara və özəl qurumlara məktub göndərib və dəniz nəqliyyatı sektorunun nümayəndələrinin sığorta zəmanətləri ilə bağlı risklərin idarə edilməsi mərkəzi ilə əlaqə saxlaya biləcəklərini bildirib.