Vətəndaşlar ASCO-nun qaynar xəttindən razıdırlar

285

Media Təhlil Mərkəzi (MTM) dövlət və özəl qurumların çağrı mərkəzlərinin fəaliyyət indeksini müəyyənləşdirmək üçün vətəndaşlar arasında sorğu keçirib.

Bir ay müddətində telefon vasitəsilə həyata keçirilən sorğuda çağrı mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.

Meyarlar nəzərə alınmaqla qurumların çağrı mərkəzlərinin fəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə qiymətləndirilib.

Sorğuda ən yüksək balı alan dövlət qurumları arasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) qaynar xətti (012 404 39 00) də var. Mərkəz ASCO-nun qaynar xəttinin fəaliyyətini on ballıq şkala üzrə 9-10 balla qiymətləndirib. Sorğunun nəticələrində qeyd olunur ki, qaynar xəttə ünvanlanan suallara operativ cavab verilir.

Qeyd edək ki, ASCO-nun qaynar xəttinə müraciətlər iş vaxtı (saat 09.00-18.00) məsul şəxs tərəfindən qəbul edilir. İş vaxtından sonra edilmiş zənglər isə avtomatik rejimdə qaynar xətt əlaqə mərkəzinin yaddaş daşıyıcısına yazılır.