Xəzər dənizində zəlzələ olub

251

Xəzər dənizində 3,2 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:47-də qeydə alınıb.

Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.