3 dənizdə keçiriləcək təlimlərə 122 gəmi cəlb edilib

70

“Seanews.az” xəbər verir ki, Türkiyədə “Mavi Vətən-2022” təlimləri başlayıb. Aprelin 21-dək davam edəcək təlimlər Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində keçiriləcək.

Komandanlığın ən böyük təlimlərindən sayılan “Mavi Vətən-2022” təlimində Türkiyənin Hərbi Dəniz Qüvvələrinin 122 gəmisi, 41 təyyarəsi və 12 min nəfər iştirak edəcək.

“Mavi Vətən-2022” təliminin rəhbəri, kontr-admiral Yusuf Akyüz Kocaeli vilayətinin Gölcük bölgəsində Dəniz Qüvvələrinin Dəniz Döyüş Mərkəzi Komandanlığında çıxış edərkən təlimin əsas məqsədinin bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi olduğunu bildirib.