Yükqaldırma qabiliyyəti 144 ton olan yeni kranlar dəniz yolu ilə limana çatdırılacaq

67

“Global Ports” bu il “Şərq stividorları kompaniyası”nın (“Eastern Stevedoring Company”- ŞSC) terminalında iki yeni “Liebherr LHM 550” mobil liman kranı quraşdıracaq.

“Seanews.az” verdiyi xəbərə görə yeni avadanlıq konteynerlərin aşırılması üçün istifadə olunacaq. “ŞSC” üçün xüsusi olaraq layihələndirilmiş yeni kranlar limanların məhsuldarlığını artıracaq. Bu, davamlı artımı şəraitində yüklərin sürətli və keyfiyyətli işlənməsi üçün vacibdir”, – deyə limanın baş direktoru Albert Lixolet bildirib. Yükqaldırma qabiliyyəti 144 ton olan yeni kranlar “Global Ports”-un sifarişi ilə Almaniyanın Rostok şəhərindəki “LIEBHERR” zavodunda istehsal olunacaq və yığılmış vəziyyətdə dəniz yolu ilə “ŞSC”-ya çatdırılacaq. 50 metrədək məsafədə konteynerləri gəmilərə yükləyə biləcək yüksək manevr qabiliyyətinə malik kranların üçüncü rübdə təhvil verilməsi nəzərdə tutulub.