Sanksiyalar fonunda xarici limanlarda tərk edilmiş gəmilərin sayı arta bilər

69

“Rusiya Federasiyasına tətbiq edilən sanksiyalar fonunda xarici limanlarda tərk edilmiş gəmilərin sayı arta bilər, 2006-cı il Konvensiyasına əsasən heyətin sığortası üzrə işi gücləndirmək lazımdır.”

“Seanews.az” xəbər verir ki, bu fikri Rusiya Dənizçilər İttifaqının Uzaq Şərq Regional Təşkilatının sədri Nikolay Suxanov “İnterfaks”a danışarkən səsləndirib.

“Bu problem şurada müzakirə olunub. Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən gəmi sahiblərinin müflisləşməsi hallarının sayı artır, bununla əlaqədar olaraq dənizçilərin repatriasiyası məsələsi yaranır və heyətlər də müharibə zonasına düşə bilər”, – deyə Suxanov bildirib,

Onun sözlərinə görə, indiyədək Rusiya bayrağı altında üzən bəzi gəmilərdə Rusiyada 2015-ci ildə qüvvəyə minmiş Dəniz Əmək Konvensiyasının tələblərinə əməl edilmir. Belə ki, gəminin xarici limanda tərk edilməsi və heyətin vətənə qayıtmasının təmin edilməsi, habelə əmək haqqı borclarının ödənilməsi zərurəti yarandıqda, sığorta məsələləri lazımi şəkildə həllini tapmayıb. Mənbə bildirib ki, konvensiyaya görə, bunu sığorta şirkəti etməlidir.