Dənizçilərin voleybol turnirinin qalibi məlum olub

119

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında voleybol turniri keçirilib.

Turnir ASCO-nun idman üzrə 2022-ci ilə dair illik planına əsasən Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə baş tutub.

Voleybol turnirinin qalibi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun komandası olub. Sonrakı yerləri “Bibiheybət” Gəmi Təmiri Zavodu və “ASCO Mühafizə” MMC tutub.

Qaliblərə diplom və hədiyyələr verilib.

Qeyd edək ki, voleybol üzrə turnirin təşkilində məqsəd dənizçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etməkdən ibarətdir.