Türkiyə Qara dəniz sahillərindən gəmilərinin çıxarılması üçün Ukrayna və Rusiya ilə danışıqlar aparır

51

Türkiyə Qara dənizin Ukrayna sahillərində qalmış gəmilərin çıxarılması üçün həm Ukrayna, həm də Rusiya ilə danışıqlar aparır.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

O bildirib ki, hazırda Qara dəniz sahillərində Türkiyənin 22 gəmisi qalmaqdadır.

“Biz həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparırıq. Biz Qara dənizin Ukrayna sahillərindən günəbaxan yağı və poladla yüklənmiş gəmiləri çıxarmalıyıq”, – deyə nazir bildirib.