Arif Məmmədov “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nda işgüzar səfərdə olub

99

Aprelin 12-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyin idarə heyətinin sədri Arif Məmmədov və agentliyin nümayəndə heyəti “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-də işgüzar səfərdə olublar.

“Qafqazinfo” xəbər verir ki, səfər zamanı limanın baş direktoru Rəşad Daşdəmirov qonaqlara limanın inkişafı, onun Xəzər və Qara dəniz regionunda yük aşırımın əhəmiyyətindən məlumat verib, daha sonra qonaqları limanın infrastrukturu ilə tanış edib.

Səfərin sonunda agentliyin nümayəndə heyətinə limanın gələcək planları haqqında qısa məlumat verilib.