Honqkonq sahillərində neft tankeri partlayıb

74

Honqkonq sahillərində “Çuanq Yi” neft tankerinin göyərtəsində baş verən partlayışda bir nəfər ölüb, altı ekipaj üzvü yaralanıb.

Bu barədə “Report” “South China Morning Post”a istinadən xəbər verir.

Hadisə yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 12:00) Honqkonqdan təxminən 300 kilometr şərqdə baş verib.

Dövlət Uçuş Xidməti zərərçəkənlərin təxliyyəsi üçün hadisə yerinə iki helikopter göndərib. Ekipaj üzvlərindən biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, yanıq xəsarətləri alan daha üç nəfərin vəziyyəti ağırdır.