Rotterdam limanının Maasvlakte sahəsində “yaşıl” ammonyak terminalının yaradılması planlaşdırılır. Bununla əlaqədar tərəfdaşlar – “Gasunie”, “HES International” (HES) və “Vopak” tərəfindən müvafiq saziş imzalanıb.
“Seanews.az” xəbər verir ki, terminalın yaradılması yaşıl enerji mənbələrinin idxalı və saxlanmasına artan tələbata cavabdır. Cari ilin ikinci rübündə tərəflər terminalın layihəsini hazırlamağa başlayacaqlar. “ACE Terminalı”nın 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Hidrogen anbarı kimi “yaşıl” ammonyak böyük həcmdə hidrogenin səmərəli və təhlükəsiz şəkildə nəqlinə imkan yaratmaqda mühüm rol oynayacaq. Bundan sonra, ammonyak saxlanıla və yenidən yaşıl hidrogenə çevrilə bilər və dərhal karbonsuz yanacaq kimi, məsələn, gəmiçilik üçün və ya xammal kimi, gübrə istehsalı üçün istifadə edilə bilər.