Təsnifat cəmiyyəti Rusiyada fəaliyyətini azaldır

62

Fransanın “Bureau Veritas” (“BV”) təsnifat cəmiyyəti yeni bəyanatında Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada fəaliyyətini azaltmağa davam etdiyini açıqlayıb.

“Seanews.az” xəbər verir ki, “Bureau Veritas” artıq Rusiyada gəmiqayırma, aeronavtika, neft və qaz hasilatı kimi sektorlarda fəaliyyətini azaldıb. Onunbu ölkədəki gəliri 1%-dən çox deyil.

 “BV” təsnifat cəmiyyəti xüsusilə,  Rusiya Federasiyasına aid gəmilərin gəmi reyestrindən çıxarılması üçün tədbirlər görüb. Aeronavtika sahəsində Rusiya aviaşirkətləri tərəfindən idarə olunan təyyarələrdə yoxlamaların aparılmasını dayandırıb. “BV” neft-qaz seqmentində də fəaliyyətini əhəmiyyətli dərəcədə azaldıb.

1828-ci ildə yaradılmış “Bureau Veritas” təsnifat, sertifikatlaşdırma, laboratoriya sınaqları, təftiş və sertifikatlaşdırma sahəsində əsas beynəlxalq cəmiyyətlərdən biridir və hazırda 400.000 müştəriyə xidmət göstərir.