İzmir sahillərində onlarla qanunsuz miqrant xilas edilib

79

Türkiyənin Sahil Xidməti Yunanıstanın ərazi sularından Türkiyə sahillərinə hərəkət edən 53 qanunsuz miqrantı xilas edib.

Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Miqrantların olduğu qayıq Türkiyənin qərbində yerləşən İzmir vilayətinin Çeşmə və Seferhisar rayonlarının sahillərində aşkar edilib.

Miqrantlara yardım göstərilib və İzmir vilayəti üzrə Miqrasiya İdarəsinə çatdırılıb.