Liviyanın iki limanında etirazlar səbəbindən neft yükləmələri dayandırılıb

65

Liviyanın iki limanında baş nazir Abdel Hamid Dbeibanın istefa vermək istəməməsi səbəbindən etirazlar fonunda neft yüklənməsi əməliyyatları dayandırılıb.

Trend “Reuters” agentliyinə istinadla xəbər verir ki, Zuventina limanında etirazçıların işçi sektorun ərazisinə daxil olması səbəbindən neft və neft məhsullarının yüklənməsi əməliyyatları dayandırılıb.

Liman rəsmilərinin sözlərinə görə, yüzlərlə insan baş nazir Abdel Hamid Dbeibanın istefasını tələb edir. Agentliyin məlumatına görə, 1 milyon barel neftin tankerə yüklənməsi aksiyaçılara görə dayandırılıb.

Oxşar vəziyyət Liviyanın qərbində yerləşən Mellita limanında baş verib, orada naməlum şəxslər limanla əlaqəli El-Fil yatağında hasilatı dayandırıblar.