Ömrünün böyük hissəsini gəmiçiliyə həsr edən Faiq Xəlilov “insanı zəhmət ucaldır” deyiminin tam haqqını verənlərdəndir.
Matros vəzifəsindən kapitanlığa, kapitanlıqdan ASCO-nun İstehsalat Xidmətləri İdarəsinin rəisi vəzifəsinədək yüksələn həmkarımız bu gün 60 yaşını qeyd edir. O, ötən illəri gözlərindəki qürur hissləri ilə xatırlayır.