Bu gün Avropada qazın fyuçers qiymətləri 8,5% ucuzlaşaraq min kubmetr üçün 950 dollara qədər düşüb

61

Caspian Barrel ICE birjasının məlumatına istinadən xəbər verir ki, Avropa bazarında qazın qiyməti hərraclarda ticarət başlayandan sonra 8,5%-dən çox azalıb.

Ticarət gününün əvvəlində Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə may qaz fyuçersləri min kubmetr üçün 950 dollara düşüb ki, bu da bazar ertəsi hesablaşma qiymətindən 11,1% aşağıdır. Bununla belə, kotirovkalar bir qədər sonra 970 dollara qədər yüksəlib. Hələlik bu səviyyə ticarətin maksimum qiyməti olaraq qalır.