Veteran dənizçi İnqilab Şükürov 80 illik yubileyini qeyd edir

73

Uzun müddət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində (ASCO) çalışmış veteran dənizçi İnqilab Şükürov 80 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat  departamentinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyara baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər. Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

İnqilab Şükürov xoş münasibətə və qayğıkeşliyə görə ASCO ailəsinin hər bir üzvünə təşəkkürünü bildirib.

Qeyd edək ki, İnqilab Şükürov 1942-ci ilin aprelin 18-də Zərdab rayonunda doğulub.  1959-1960-cı illərdə Bakı Dənizçilik Məktəbində motorçu təhsili alıb.  

O, uzun müddət müxtəlif təyinatlı gəmilərdə motorçu, elektrik, baş elektrik və s vəzifələrdə çalşıb. 9 il Xəzər Dəniz Neft Donanması İdarəsində Rabitə xidmətinin rəisi işləyib. Bundan başqa, bir müddət Bakı Dənizçilik Məktəbində müəllim kimi fəaliyyət göstərib.

İnqilab Şükürov 2009-cu ildə təqaüdə çıxıb.

seanews.az