Konteyner gəmilərinin tikintisi üzrə sifarişlər ən yüksək səviyyəyə çatıb

60

Dünyada konteyner gəmilərinin tikintisi üzrə sifarişlər qovluğu on ilin ən yüksək səviyyəsinə çatıb.

“Seanews.az” xəbər verir ki, “Xclusiv Shipbrokers” şirkətinin analitik hesabatına görə, 2020-ci ilin oktyabrında sifarişlər qovluğunda cəmi 310 konteyner gəmisi olubsa, 2022-ci ilin aprelinədək bu rəqəm 867 gəmiyə yüksəlib. Konteyner gəmilərinə tələbatın çoxalması pandemiya zamanı yükdaşıma tariflərinin kəskin şəkildə artması ilə bağlıdır.

Eyni zamanda, tankerlərin və balkerlərin tikintisi üzrə sifarişlər qovluğu son on ildə ən aşağı səviyyədədir ki, bu da yanacaq bazarında qeyri-müəyyənlik və aşağı yükdaşıma tarifləri ilə əlaqələndirilir.